S&P Türkiyənin kredit reytinqini iki səviyyə qaldırıb
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Türkiyənin suveren kredit reytinqini “B+”dən “BB-“ səviyyəsinə yüksəldib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Beləliklə, Türkiyə bu il ərzində hər üç aparıcı agentliyin (S&P, “Moody's” və “Fitch”) reytinqlərində birdən birə iki pillə yüksələn yeganə ölkə olub.
Onun sözlərinə görə, S&P-nin qərarına təsir edən əsas amillər bunlar olub:
- İqtisadiyyatda tarazlığın bərpası;
- Cari əməliyyatlar hesabının kəsirinin və xarici maliyyələşdirmə ehtiyacının azaldılması;
- Türkiyə lirəsinin sabitləşməsi;
- Valyuta ehtiyatlarının gücləndirilməsi;
- Dayanıqlı dezinflyasiya prosesi.
“Hökumətin iqtisadi proqramı nəticəsində əldə edilən müsbət irəliləyişlər Türkiyənin ölkə risklərini də azaldıb və xarici borclanma dəyərlərini əhəmiyyətli dərəcədə ucuzlaşdırıb. Gələcəkdə daha da yüksək reytinqin mümkünlüyünə işarə edən bazar göstəriciləri qarşıdan gələn dövrdə də müsbət dinamikanın davam edəcəyini göstərir”, - M. Şimşek vurğulayıb.
Oxşar xəbərlər
“Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib
"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb
Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
İran XİN başçısı Qətərdə səfərdədir
-
Tbilisidə parlament qarşısında növbəti aksiya başlayıb
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər