UForex SİMA ilə hesab açılışını investorlara təqdim edib
sizinxeber.az xəbər saytı

UForex SİMA ilə hesab açılışını investorlara təqdim edib


Hər zaman qabaqcıl həllər təqdim etməklə investisiya prosesini sadələşdirməyi hədəfləyən UForex, maliyyə bazarında növbəti mühüm təşəbbüsü həyata keçirdi.

Belə ki, müştərilər bank filialına yaxınlaşmadan onlayn investisiya hesabına sahib ola, dərhal ticarətə başlaya və gəlirlərini formalaşdıra biləcəklər. Bunun üçün sadəcə uforex.az saytına daxil olub, SİMA vasitəsilə bir neçə dəqiqə ərzində qeydiyyatdan keçmək kifayətdir.

Yeniliklərdən biri də ondan ibarətdir ki, artıq hər bir treyderin “Şəxsi kabinet”i olacaq.

Şəxsi kabinet vasitəsilə bir və ya bir neçə UForex ticarət hesabını vahid interfeys üzərindən izləmək və MT4 terminalının veb-versiyası ilə rahat ticarət etmək mümkün olacaq. Həmçinin yeni başlayan investorlar sahəni öyrənmək üçün “Şəxsi kabinet”də faydalı və izahlı video-dərslərdən istifadə edib, öz biliklərini daha da dərinləşdirə biləcəklər.

Bununla yanaşı, müştərilər platformada iqtisadi təqvimi izləyə, investisiya dünyasındakı ən son xəbərlərdən məlumat ala və sahə üzrə aktual bloq yazılarını oxumaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, 11 il ərzində Azərbaycanda foreks xidməti təqdim edən və ən qabaqcıl brokerlərdən biri olan UForex, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nəzdində fəaliyyət göstərir.

Oxşar xəbərlər

“UForex” hesabını “SİMA İmza” ilə aç! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle