"Kapital Bank"ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
"Kapital Bank" ASC-nin depozit yerləşdirən müştərilər üçün həyata keçiridyi stimullaşdırıcı “Depozit lotereyası”nın ilk tirajı yekunlaşıb.
Şərtlərə əsasən 2-30 sentyabr 2024-cü il tarixlərində minimum 500 manat olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı qazanıblar. İştirakçılardan 40 nəfəri 1-ci tirajda qalib gəlib və maksimum 2 000 manat olmaqla ikiqat faiz ödənişi əldə ediblər.
Qaliblərin siyahısı:
Lotereyanın 2-ci tirajı isə 7 noyabr 2024-cü il tarixində keçiriləcək. Bu tirajda 60 şanslı müştəri ikiqat faiz ödənişi, 1 müştəri 50 000 manat pul mükafatı əldə edəcək. Lotereyada 31 oktyabr 2024-cü il tarixinə qədər şərtlərə uyğun Kapital depoziti yerləşdirən hər kəsin iştirak etmək şansı var. İlk tirajın qalibləri 2-ci tirajda iştirak etmirlər.
Xatırladaq ki, lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 aya qədər depozit yerləşdirən müştərilər iştirak edirlər. Filiallarda yerləşdirilən hər əlavə 1 000 manat depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1 000 manat üçün 20 şans yaradır. İlk tirajda qalib olmayan müştərilərin ikinci tirajda qalib olma şansları davam edir.
Lotereya haqqında ətraflı məlumat üçün:
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , "Birbank" kartı sifarişi üçün — .
Oxşar xəbərlər
Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kapital Bank-da depozit yerləşdirmək indi 50 000 AZN qazanmaq fürsəti yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ilk tirajı yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABB səhmlərinə abunə yazılanlar üçün keçirilən lotereyanın ilk qalibləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













