AZTAF proqramı çərçivəsində Azərbaycana 5 mln. avrodan çox vəsait ayrılıb
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan Sürətli Texniki Yardım Fondu (AZTAF) proqramı çərçivəsində ölkəmizə 5,25 mln. avro ayrılıb.
“Sizinxeber.az-Economics”in xəbərinə görə, bunu AZTAF proqramının koordinatoru Leyla Tağıyeva deyib.
Onun sözlərinə görə, AZTAF proqramı 9 texniki yardım fəaliyyəti çərçivəsində Azərbaycan hökumətinə dəstək göstərir.
Leyla Tağıyeva Azərbaycanda su təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstək üzrə texniki yardım məsələsinə də toxunub.
Proqram koordinatoru bildirib ki, proqramın əsas fəaliyyət istiqamətlərinə səmərəli xidmət göstərilməsi məqsədi ilə su sektoru təsisatlarının gücləndirilməsinə dair tövsiyələr, kənd yerlərində dayanıqlı içməli su təchizatı və tullantı sularının idarəsi modelinin hazırlanması, su anbarlarının xəritələşdirilməsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi ilə bağlı məlumatlandırma daxildir.
Qeyd edək ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan Respublikası üçün texniki yardım proqramıdır.
Oxşar xəbərlər
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidenti: Füzulidə məktəbin açılışında iştirakımız münasibətlərimizdə parlaq iz buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












