IMF: Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2026-cı il üzrə orta qiyməti üzrə proqnozunu 141 dollardan çox artırıb.
“APA-Economics” xəbər verir ki, Fond 2026-cı il üçün Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti ilə bağlı proqnozunu 1 000 kubmetr üçün 380,4 ABŞ dollarından 521,9 dollara qaldırıb. Bu, əvvəlki proqnozla müqayisədə 141,5 dollar və ya 37,2% çoxdur.
IMF 2027-ci il üzrə proqnozunu 326,5 dollardan 424,3 dollara yüksəldib. Bu isə 97,8 dollar və ya 30% artım deməkdir. 2028-ci il üçün proqnoz 287,1 dollardan 312,1 dollara kimi artırılıb.
Fond 2029, 2030 və 2031-ci illər üçün də qazın orta ixrac qiymətini 1 000 kubmetr üçün 312,1 dollar səviyyəsində götürüb. Bu göstərici fevral proqnozu ilə müqayisədə 25 dollar və ya 8,7% yüksəkdir.
IMF-nin hesabatında qeyd olunur ki, qaz qiyməti fərziyyələri Fondun Dünya İqtisadi Proqnozu (WEO) çərçivəsində formalaşdırdığı baza ssenarisinə və əlavə premiuma əsaslanır.
Vurğulanıb ki, Yaxın Şərqdə müharibə nəticəsində neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinə və büdcə gəlirlərinə müsbət təsir göstərir. Fondun yekun hesabatında enerji qiymətləri üzrə proqnozların fevral ayı ilə müqayisədə yüksəldilməsi də bu amilin IMF-nin qiymət fərziyyələrində nəzərə alındığını göstərir.
Oxşar xəbərlər
Fitch Solutions: Neftin qiyməti bu il 75 dollara enəcək
Azərbaycanın bu il qazın satışından gəlirləri kəskin artacaq - PROQNOZ
IMF neftin orta qiyməti ilə bağlı proqnozunu 68 dollara endirib
Dünya Bankı Avropada qazın qiyməti üzrə proqnozunu artıma doğru yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
