2025-2030-cu illərdə iqlim dəyişmələrinin yaradacağı maliyyə çatışmazlığı açıqlanıb
Bəzi hesablamalara görə, 2020-2025-ci illərdə iqlim dəyişmələri ildə 1 trilyon ABŞ dolları, 2025-2030-cu illərdə isə ildə 1,4 trilyon ABŞ dolları maliyyə çatışmazlığı yaradacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.
O, qeyd edib ki, iqlim dəyişmələrinin yaratdığı maliyyə çatışmazlığını yalnız dövlətlərin hesabına aradan qaldırılması mümkün görünmür: "Özəl sektorun da maliyyə çatışmazlığının aradan qaldırılmasına cəlb olunması vacibdir. Amma bu məsələdə dövlət də dəstək göstərməlidir".
Oxşar xəbərlər
İqlim dəyişmələrinin yaratdığı maliyyə boşluğu 2,4 trilyon ABŞ dollarına çata bilər
Azərbaycanda 20-yə yaxın özəl tikinti şirkətinin dayanıqlılıq hesabatı var
ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib
COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













