Azərbaycan və Özbəkistan bank sektorunda büdcə planlaşdırılmasını və idarə olunmasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Özbəkistan bank sektorunda büdcə planlaşdırılmasını və idarə olunmasını müzakirə edib


Azərbaycan Mərkəzi Bankı (AMB) və Özbəkistan Mərkəzi Bankı (ÖMB) arasında büdcə planlaşdırılması və idarə olunması müzakirə edilib.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun Bankın nümayəndə heyəti işgüzar səfər çərçivəsində ÖMB-də olub.

Səfər zamanı keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarə olunması mövzuları üzrə interaktiv təqdimatlar ətrafında məlumat mübadiləsi aparılıb.

Görüşlərdə həmçinin maliyyə hesabatlılığı üzrə beynəlxalq təcrübələr, çağırışlar və ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan və Özbəkistanın mərkəzi bankları təcrübə mübadiləsi edib
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
Azər Bayramov: "Maliyyə hesabatlılığı sahəsində beynəlxalq təcrübəyə uyğun islahatlar davam etdiriləcək"
Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Azərbaycan və İsveçrə bank sektorunda açıq bazar əməliyyatlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər