Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib


Azərbaycan Mərkəzi Bankı (AMB) iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

"Sizinxeber.az-Ecnomics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verilib. Belə ki, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.

Oxşar xəbərlər

AMB kapital tələbini pozan ödəniş təşkilatlarına icrası məcburi göstəriş verib
Mərkəzi Bank “PashaPay”, “PulPal” və "K Group"a icrası məcburi göstəriş verib
Mərkəzi Bank beş sığorta şirkətinə icrası məcburi göstəriş verib
AMB “Finoko” BOKT-yə və “Sevinc Kredit İttifaqı"na məcburi göstəriş verib
Mərkəzi Bank "Payriff"ə icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər