IMF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb
sizinxeber.az xəbər saytı

IMF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb


Beynəlxalq Valyuta Fondu (BVF- IMF) Azərbaycanın da daxil olduğu Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, Fond qlobal iqtisadiyyatla bağlı hesabatında 2025-ci il üzrə regionun ümumi daxili məhsulunun (ÜDM) artımı üzrə proqnozunu 0,5 faiz bəndi artıraraq 3,4% səviyyəsində müəyyən edib. 2026-cı il üçün proqnoz da eyni dərəcədə yüksəldilərək 3,5%-ə çatdırılıb.

BVF qeyd edir ki, bu artım beynəlxalq ticarətdə gözlənilən canlanma, ABŞ və Çin arasında bəzi tariflərin dayandırılması və qlobal maliyyə şərtlərinin yumşalması ilə əlaqədardır. Eyni zamanda ABŞ dollarının zəifləməsi inkişaf etməkdə olan bazarlara pul siyasətində daha çox manevr imkanı verib.

Hesabatda bildirilir ki, 2025-ci ildə enerji məhsullarının, o cümlədən neftin qiymətində təxminən 7%-lik azalma gözlənilir. Bu, enerji ixracatçısı olan ölkələr üçün gəlir axınlarına təsir edə bilər.

Bununla yanaşı, BVF regional iqtisadi artıma təsir edə biləcək riskləri də vurğulayır. Xüsusilə, ticarət siyasətində qeyri-müəyyənlik, ABŞ-ın tarif qərarları və geosiyasi gərginliklər (İran-İsrail münaqişəsi, Ukrayna ilə bağlı risklər) iqtisadi perspektivlər üçün mənfi ssenariləri gücləndirə bilər.

Oxşar xəbərlər

AİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
IMF 2025-2026-cı illər üçün dünya iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər