Azərbaycan IMF ilə vergi islahatlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan IMF ilə vergi islahatlarını müzakirə edib


Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə vergi islahatları ilə bağlı müzakirələr aparıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu müzakirələr IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə aparılıb.

“Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

Oxşar xəbərlər

AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var"
Azərbaycan və AİİB əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər