Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
sizinxeber.az xəbər saytı

Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb


Bu ilin I yarısında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 % artıb.

ÜDM istehsalının 34,9 %-i sənaye, 10,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i tikinti, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.

Yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 066 manat olub.

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb
Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb
Azərbaycan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb
Azərbaycan iqtisadiyyatı 4,5 % böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər