AMB-də "üzən faiz dərəcəli istiqrazlar" mövzusunda təqdimat keçirilib
sizinxeber.az xəbər saytı

AMB-də "üzən faiz dərəcəli istiqrazlar" mövzusunda təqdimat keçirilib


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri Azərbaycan Mərkəzi Bankında (AMB) yerli maliyyə qurumlarının əməkdaşları üçün "üzən faiz dərəcəli istiqrazlar" mövzusunda təqdimat keçirib.

"Report" AMB-yə istinadən xəbər verir ki, görüşdə son illər banklararası pul bazarının inkişafı istiqamətində görülmüş işlər, AZİR indeksi və onun hesablanmasında tətbiq edilən yeni metodologiya, eləcə də bu indeksin pul siyasətinin transmissiyasında artan rolu barədə geniş məlumat verilib.

Yerli kapital bazarında milli valyutada üzən faiz dərəcəli istiqrazların emissiyası zamanı AZİR indeksinin istinad faiz dərəcəsi kimi tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildə nəzərdən keçirilib, bu istiqamətdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Oxşar xəbərlər

EBRD: Azərbaycanın yeni AZIR dərəcəsi modelinə keçidi ondan baza dərəcəsi kimi istifadə etməyə imkan verəcək
AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb
Natali Muravidze: AZIR-lə bağlı yenilik Azərbaycanın maliyyə bazarlarının modernləşdirilməsində mühüm mərhələdir
AMB: Qısamüddətli pul bazarında orta gəlirlilik faiz dəhlizi daxilindədir
Mərkəzi Bank AZİR indeksinin depozit faizlərinə təsirini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər