Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndələri Bakıda səfərdədir
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndələri Bakıda səfərdədir


Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndə heyəti Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi məqsədilə Bakıya səfər edib.

"Report" Palataya istinadən xəbər verir ki, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib.

O, qonaqlara qiymətləndirmə təşəbbüsünə görə təşəkkür edərək iki qurum arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Hesablama Palatasının fəaliyyətini bundan əvvəl digər həmkar qurumların qiymətləndirdiyini və bu proseslərin uğurla başa çatdırıldığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri həmkar qiymətləndirmələr barədə qısa məlumat verərək bu layihənin də uğurla icra olunacağına əminliyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan Türkiyənin məsafədən audit və data təhlili təcrübəsini öyrənir
Azərbaycan və Türkiyənin ali audit qurumları yeni fəaliyyət planının icrası üzrə protokol imzalayıb
Azərbaycan və Rusiyanın Hesablama Palataları əməkdaşlığı genişləndirir
Hesablama Palatası bu il üçün prioritetlərini açıqlayıb
ABŞ Konqresinin nümayəndə heyəti Tayvanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər