AMB Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satışı ilə bağlı qərarına yenidən baxıb
sizinxeber.az xəbər saytı

AMB Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satışı ilə bağlı qərarına yenidən baxıb


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 7 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları azaldılıb.

Həmçinin "Yaşıl Kart" müqavilələri üzrə sistemə daxil olan digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları yenilənib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Oxşar xəbərlər

Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI
Vüsal Məsiyev: “Yaşıl kart” sığorta sistemi tam elektronlaşdırılıb"
İSB: “Yaşıl Kart” xidməti işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq
Türkiyə qeydiyyatlı avtomobillər 10 ayda Azərbaycanda ən çox qəza törədib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər