Əmanətlərin Sığortalanması Fondu UNEC-də təlim keçib - FOTO
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri üçün maliyyə savadlılığının artırılması məqsədilə “Əmanətlərin sığortalanması sistemi: Hüquqi baxış, risklər və böhran zamanı kommunikasiya” mövzusunda əsas hədəf qruplardan olan tələbələr üçün təlimlər keçirmişdir.
Təlimdə, ADİU-nun Maliyyə və mühasibat fakultəsinin dekanı (i.e.n) dosent Hafis Hacıyev, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, Fondun sosial media meneceri Nərmin Cahangirova, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli və Hüquq departamentinin hüquqşünası Qafar Qənbərli iştirak etmişdir.
Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk-əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirmişdir. Təlimin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilmişdir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu maliyyə savadlılığının artırılması məqsədilə tələbə-gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri il ərzində davam etdirəcəkdir.
Oxşar xəbərlər
Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib
Əmanətlərin Sığortalanması Fondu Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyətini qəbul edib
"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib
Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













