Sabah Bakının bu ərazilərində və Xırdalanda qaz olmayacaq
Sabah Bakının bir sıra küçələrində və Xırdalan şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Sizinxeber.az “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq - DİQQƏT[xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalan və Masazırda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Suraxanı, Binəqdi və Sumqayıtın bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












