AMB COP29-la bağlı planlarını elan edib
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar".
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.
"Birinci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm "yaşıl" istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi və hüquqi infrastrukturun yaradılması daxildir.
İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir.
Üçüncü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir.
Dördüncü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik", - deyə o qeyd edib.
"Sessiya ilə bağlı digər məsələ bu tədbirə ev sahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və "Bakı Fond Birjası" QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə AMB rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Taleh Kazımov: "COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan banklarında ekoloji risklərin idarə edilməsi üzrə təlimat təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 komandası Yaponiyada Dayanıqlı İnkişaf Forumunda iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Avropa İqtisadi Komissiyası sentyabrda Dayanıqlı Enerji Həftəsini keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












