sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
Sizinxeber.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.
"Bu qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib.
Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 18-də açıqlanacaq.
Sizinxeber.az
Oxşar xəbərlər
Hacı İsmayılova vəzifə verildi
Kənan İşık öldü
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
Polkovnik Samir Həziyev HƏBS OLUNDU
41 yaşlı Pepe karyerası ilə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













