İlham Mirzəliyev: "Köhnə binaları istiliklə təmin etməkdə çox ciddi problemlər var"
sizinxeber.az xəbər saytı

İlham Mirzəliyev: "Köhnə binaları istiliklə təmin etməkdə çox ciddi problemlər var"


Azərbaycanda köhnə binaların mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilməsində çox ciddi problemlər və çətinliklər var.

"Sizinxeber.az" xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"Ola bilsin ki, bizim reputasiyamıza mənfi təsir edən amillərdən biri həmin binaların idarə edilməsindəki çatışmazlıqlardır. Binaların elektrik enerjisi ilə bağlı tələblərin heç birinə cavab verməməsi, mənzil mülkiyyətçiləri birliyinin formalaşmaması, ümumilikdə binanın idarə edilməsi ilə bağlı məsələlərdir. "Azəristiliktəchizat" olaraq biz məcburiyyət qarşısında bu binalara xidmət etməklə müəyyən əlavə xərclərə yol veririk. Təbii ki, bu da öz təsirini göstərir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

"Azəristiliktəchizat": Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
"Azəristiliktəchizat": Hər il isitmə üçün 28 milyard kVt/saat enerji istifadə edilir
“Azəristiliktəchizat”: "Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir"
Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle