Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər
sizinxeber.az xəbər saytı

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər


Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm "Azəristiliktəchizat" ASC-yə müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişir. Bu sahə daha liberal olur. Əsas məsələ odur ki, təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq, birini bəyənməsələr, digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz", - o qeyd edib.

Oxşar xəbərlər

Elnur Soltanov: "Qarabağda mərkəzi istilik sistemi quruşdırılır"
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
Azərbaycan ucqar ərazilərdə istilik nasoslarının tətbiqini nəzərdən keçirir
"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle