Niderlandın su təşkilatları Azərbaycanda yenidən aktiv fəaliyyət göstərmək istəyir
Niderlandın su təşkilatları daha yaxşı və davamlı su idarəçiliyi üçün innovativ həllər təklif etmək məqsədi ilə Azərbaycanda aktiv fəaliyyətlərini bərpa etməyə maraq göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Niderlandın su səfiri Meike van Ginneken bildirib.
"Bu günə qədər su təşkilatlarımız Azərbaycanda ətraf mühitin mühafizəsi, suyun idarə olunması, daşqınlardan mühafizəsi, su ehtiyatlarının qiymətləndirilməsi, o cümlədən ölkədə su ehtiyatlarının daha inteqrasiya olunmuş idarə olunması üçün institusional tövsiyələr kimi məsələlərdə çox fəallıq göstəriblər. Hazırda ölkənin su təsərrüfatında onların fəaliyyəti məhduddur. Suyun və iqlimin davamlılığına nail olmaq üçün institutların, universitetlarin, beyin mərkəzlərinin rol oynadığı sahələrin inkişafını və potensialının gücləndirilməsini stimullaşdırmalıyıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Meike van Ginneken: Biz COP29-un uğurlu olması və hədəflərə nail olmaq üçün Azərbaycanla işləyəcəyik
Səfirimizdən Niderlandın qətnamələrinə etiraz
Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb”
Dünya Bankı Azərbaycanda 9 texniki yardım layihəsinin icrasına başlayıb
Abşeronda suyun təkrar istifadəsi sistemi qurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













