Meike van Ginneken: Biz COP29-un uğurlu olması və hədəflərə nail olmaq üçün Azərbaycanla işləyəcəyik
Ən optimistik ssenaridən belə Azərbaycanın mərkəzi rayonları su qıtlığı ilə üzləşəcək.
APA xəbər verir ki, bunu Niderlandın su məsələləri üzrə xüsusi elçisi Meike van Ginneken ADA Universitetində "Suyu iqlim dəyişikliyinə uyğunlaşmanın mühərrikinə çevirmək" mövzusunda çıxışında bildirib.
Su mənbələrinin iqlim dəyişikliyindən ciddi təsirləndiyini vurğulayan Niderland rəsmisi iqlim dəyişikliyinə adaptasiya prosesində suyun rolundan danışıb:
"Su mənbələrinin 90 faizdən çoxu təbiətdədir, lakin son onilliklərdə su mənbələri iqlim dəyişikliyinin fəsadları ilə üzləşib".
Meike van Ginneken Niderlandın təcrübəsi barədə də danışıb. O xatırladıb ki, ötən ilin dekabrında Niderlandda daşqınlar olub və ölkə bu problemin öhdəsindən minimum itkilərlə gələ bilib. Su mənbələri ilə bağlı xüsusi elçi xatırladıb ki, 1953-cü ildə Niderlandda güclü daşqınlar nəticəsində 2000-ə qədər insan həlak olub, 1990-cı illərdə ölkə yeni daşqınlarla üzləşib və nəticədə ölkə bu təbii fəlakətlərdən nəticə çıxarıb, ən yaxşı təcrübənin tətbiqinə çalışıb.
O qeyd edib ki, bəndlərin tikintisi ilə yanaşı çay yataqları genişləndirilib.
O, Niderlandda su problemlərinin tənzimlənməsi ilə məşğul olan institutlar barədə də məlumat verib.
Meike van Ginneken əlavə edib ki, Niderland ÜDM-nin 1 faizini, təxminən ildə 8 milyard avro su maliyyələşməsinə xərcləyir.
O, təqdimatında həmçinin Azərbaycan barədə də danışıb.
"Ən optimistik ssenaridə belə Azərbaycanın mərkəzi rayonları su qıtlığı ilə üzləşəcək",- deyə o bildirib.
Niderland rəsmisi vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliyi nəticəsində üzləşdiyi su problemlərinin həlli üçün müxtəlif istiqamətlərdə çalışmalıdır ki, bura hidravlik sistemlərin modernləşdirilməsi, irriqasiya sistemlərinin yenilənməsi və yeni texnologiyaların tətbiqi qeyd olunmalıdır:
"Həmçinin kənd təsərrüfatı və kiçik sahibkarlara adaptasiya prosesində yardım etmək vacibdir. Eyni zamanda enerji keçidi suya tələbatı azalda bilər ", - deyə o qeyd edib.
Niderlandın su məsələləri üzrə xüsusi elçisi COP29 barədə də danışıb:
"COP29 maliyyə məsələlərinə fokuslanacaq. Maliyyə sahəsində böyük boşluqlar var, biz ictimai, özəl, beynəlxalq, milli maliyyələrin səfərbər olunmasına əmin olmalıyıq"
O vurğulayıb ki, adaptasiya prosesi ilə bağlı maliyyə xərcləri artırılmalıdır:
"Biz COP29-un uğurlu olması və hədəflərə nail olmaq üçün Azərbaycanla işləyəcəyik", - deyə o vurğulayıb.
Azərbaycan və Niderland arasında su idarəçiliyi ilə bağlı əməkdaşlıq barədə qeyd edən xüsusi elçi əlavə edib ki, Niderland öz təcrübəsini bölüşməklə yanaşı, həm də Azərbaycandan öyrənə bilər.
O əlavə edib ki, sentyabrda su idarəçiliyi ilə bağlı Niderland şirkətlərindən nümayəndələr Azərbaycana gələcək.
Oxşar xəbərlər
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: COP29-un nəticələri yekun sənəddə əks olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini ADA-da COP29-la bağlı müzakirə aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumu çərçivəsində "İqlim hərəkatı və media" mövzusunda panel müzakirələri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Qlobal Media Forumunda panel müzakirələri baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












