Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır
sizinxeber.az xəbər saytı

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır


Qazaxıstanda Kurık dəniz limanını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə birləşdirən Kurık-Jetibay yolunun əsaslı təmiri başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

“Manqistau vilayətində Kurık kəndindən Jetıbay kəndinə qədər ümumi uzunluğu 64 km olan respublika əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri başa çatdırılır. Kurık dəniz limanına aparan Kurık-Jetibay yolu Qazaxıstan üçün mühüm nəqliyyat dəhlizi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxışı təmin edir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, yol istismara verildikdən sonra bütün tranzit axını birbaşa Kurık limanına yönləndiriləcək.

“Əgər əvvəllər sürücülər Aktauya girməli olurdularsa, indi Jetıbay kəndindən dəniz limanına gedə bilərlər. Təxminən yarım əsrə yaxın idi ki, yolun yenidən qurulmasına ehtiyac var idi. Əsaslı təmir işlərini demək olar ki, başa çatdırırıq. Yol istismara verildikdən sonra ölkəmizin ərazisi ilə əsas dəhlizə çıxış vaxtı daha 2 saat qısalacaq”, - Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev qeyd edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə və Avropa ölkələrinə qədər uzanır.

Oxşar xəbərlər

Prezidentdən yol təmiri ilə bağlı
Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Yucin Si: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haba çevrilir”
EIB Orta Dəhlizə dəstək çərçivəsində bu il Qazaxıstanla sazişlər imzalayacaq
“Zəngəzur” tankeri əsaslı təmir olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər