AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
sizinxeber.az xəbər saytı

AZAL Qurban bayramına özəl uçuşların sayını artırır


Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək. Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, şirkət Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.

AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Oxşar xəbərlər

AZAL bayramlarla əlaqədar Naxçıvana biletləri əvvəlcədən almağı tövsiyə edir
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyyə edib
AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib
AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət edib
AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır, Batumiyə reyslərin müddətini uzadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər