Çindən Orta Dəhlizlə bu il göndərilən blok qatarların sayı açıqlanıb
Çindən Orta Dəhlizlə cari ilin əvvəlindən iyun ayının sonuna kimi ümumilikdə 105 blok qatar yola salınıb.
“Sizinxeber.az” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, son 15 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.
2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artıb.
“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişafı üzrə mayda Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılır.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyon tona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 %-dən çox artıb.
Oxşar xəbərlər
Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb
Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir
Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













