Bolqarçayda sel təhlükəsinin qarşısını almaq məqsədilə lildən təmizlənmə işləri aparılır 
sizinxeber.az xəbər saytı

Bolqarçayda sel təhlükəsinin qarşısını almaq məqsədilə lildən təmizlənmə işləri aparılır 


Bolqarçayın məcrasında ötən il görülən lildən təmizləmə işləri bu il də davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, 2025-ci ilin İstismar Tədbirlər planına əsasən Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən artıq mart ayından çayda lildən təmizləmə işlərinə başlanılıb.

Yaz aylarında qısamüddətli sel sularının keçdiyi çayın məcrasının təmizlənməsi həm də, yaxınlıqdakı əkin sahələrinə və yaşayış məntəqələrinə dəyəcək ziyanın qarşısını alacaq.

Qeyd edək ki, bu çay Biləsuvar rayonunda əkilən torpaq sahələrinin 1 000 hektara yaxınını suvarma suyu ilə təmin edir.

Oxşar xəbərlər

Xaçmaz və Xudat şəhərlərində əhali içməli su ilə təmin olunur
Xaçmaz və Xudatda əhalinin içməli su ilə fasiləsiz təminatı üçün tədbirlər görülür
Göyçayda əkin sahələrinin suvarılması üçün kanallar təmizlənir
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 
Ağsuda 21 248 nəfər içməli su ilə təmin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər