AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi təxminən 32 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 % artaraq 178 min ton təşkil edib.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2024-cü ilin I yarısında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları isə illik müqayisədə 93 % artıb.
"İyulun 3-də “Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bu sənəd ölkələrarası iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı ehtiva edir. Bu fəaliyyəti hər iki dövlət dəstəkləyir", - deyə Y.Abdullayev əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb
AZPROMO-nun yaradılmasından 5 il ötür
Azərbaycanda ixrac və investisiya forumları keçiriləcək
Azərbaycanda Milli İxrac Strategiyası iyula qədər təsdiqlənəcək
Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












