Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb"
Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və iki ölkənin iqtisadi göstəriciləri rekord səviyyəyə çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 43,5 % artaraq 3,1 milyard ABŞ dollarına çatıb: "Çinlə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Onlar arasında münasibətlər zamanın sınağından keçib. Hazırda iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb".
Diplomat "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinlə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir
AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi təxminən 32 % artıb
Dövlət başçısı: Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








