Heydər Əliyev Beynəlxalq Aeroportu: Qeyri-sabit hava ilə əlaqədar reyslər ləğv olunmayıb
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb. Uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.
Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunur.
Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa çağırılır.
Qeyd edək ki, qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlinə təsir etməyib
Yol polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













