AZAL təyyarəsinin qəzası zamanı yanğın füzelyajın və pilot kabinəsinin bir hissəsini məhv edib - HESABAT
Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərinin araşdırılmasına dair dərc etdiyi ilkin hesabatda qeyd olunur.
Bildirilib ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb. “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”, – hesabatda vurğulanır.
Hesabata görə, füzelyajın arxa hissəsi isə quyruq hissəsi ilə birlikdə təyyarənin digər hissələrindən aralıda yerləşib: "Sol qanad isə füzelyajın mərkəzi hissəsi ilə birlikdə yanğın yerində qalıb və qismən qorunub saxlanılıb".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin gövdəsində, stabilizatorlarda çoxsaylı deşiklər aşkarlanıb - HESABAT
Qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











