Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say həddi müəyyənləşib
sizinxeber.az xəbər saytı

Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say həddi müəyyənləşib


Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiqlənib.

Sizinxeber.az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanıb və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:

- Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çox olmamaqla;

- Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.

Oxşar xəbərlər

Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri müəyyənləşib
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi təsdiqlənib
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle