ADY: Sərnişinlərin qanunsuz hərəkəti qatarı 1 saata qədər gecikdirib
Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Ağstafa–Bakı qatarının mənzil başına gec çatması və digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb.
Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları tərəfindən bölməyə aparılaraq barələrində inzibati protokol tərtib olunub.
Qeyd edək ki, “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.
"Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Metropoliten: Qatarların hərəkəti ləngiyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava ilə bağlı dəmir yolunda qatarların sürət həddi endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Metropoliteni: Qatarların hərəkəti ləngiyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












