Bakıda Əbdülvahab Salamzadə küçəsində normal gediş bərpa olunub - YENİLƏNİB
Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.
Bakıda Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, nəticədə Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.
Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Mərdəkan şosesində qəza olub, sıxlıq yaranıb
Bakıda tıxac yaranan yolların adları açıqlanıb - SİYAHI
Bakının 3-cü mikrorayon dairəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB
Bu yolda sürət həddi azaldıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













