Hökumət: Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər.
Sizinxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəb və məktəbəqədər təhsil müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili yaradılması, habelə maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin icrası davam etdirilir. Artıq bir neçə təhsil müəssisəsi tikilərək istifadəyə verilib: “Bununla yanaşı, özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ərazilərdə bərpa və yenidənqurma prosesinə maliyyə dəstəyinin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi büdcə vəsaitinə qənaət edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxıla bilər”.
Oxşar xəbərlər
Hökumət: Yalnız əvvəlki yaşayış sahəsində yaşamaq istəyən köçkünlərə görülən işlərin məqsədi çatdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təmirsiz vəziyyətdə olan məktəblərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün ayrılacaq vəsait açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə ƏDV-dən azad edilən materialların siyahısında dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












