ADY qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə tədbirlər görür
Ötən həftə Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində "2023-2024-cü illərdə əmək bazarında daha yaxşı nəticələr əldə etmələri üçün qadın kapitalının artırılması" adlı Məsləhət və Analitika (AMA) proqramı yekunlaşıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, yekun tədbirdə çıxış edən ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova dəmir yollarında qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, ADY-nin də iştirakı ilə qadınların məşğulluq və liderlik imkanlarının artırılması və dəstəklənməsinə dair praktiki tövsiyələr vermək məqsədilə proqramın "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatı hazırlanıb.
Oxşar xəbərlər
“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT təlimləri başlayıb
AZTAF proqramı çərçivəsində Azərbaycana 5 mln. avrodan çox vəsait ayrılıb
"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib
"Azercell"dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək
ADY görmə və fiziki məhdudiyyətli sərnişinlər üçün işlər həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













