sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Quba-Xınalıq yolunda selin dağıtdığı körpü yenidən inşa olunur - FOTO
Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Oxşar xəbərlər
Ağdam-Füzuli yolunun tikintisi 82% icra olunub - FOTO
Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB
Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb
“Cavanşir” körpüsünün yerində yeni yolun inşası yekunlaşır
Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













