Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb
sizinxeber.az xəbər saytı

Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb


Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bu barədə “Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - deyə agentlik bəyan edib.

Oxşar xəbərlər

Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək
Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib
Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle