Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə dəmir yolu xətti çəkilib: “Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
Oxşar xəbərlər
Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərin vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı hava limanına dəmir yolu xətti çəkilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












