Bakıda 500-ə yaxın bina istilik mənbəyinin olmaması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb
“Azəristiliktəchizat” ASC-ə məxsus qazanxanalarda istehsal edilən istilik enerjisinin 31,9 %-i 1990-cı ilə qədər tikilmiş köhnə tipli qazanxanalara, o cümlədən rayon istilik qazanxanaları üzrə 17,8%, 3,1%-i 1990-2005-ci illərdə tikilmiş qazanxanalara, 54,2%-i 2005-ci ildən sonra tikilən qazanxanalara, 10,7%-i “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzinə aiddir”.
“Sizinxeber.az”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, istilik xətlərinin uzunluğu 845,6 km təşkil edir: “Şəhərin istilik təchizatı sistemində əsas problem rayon istilik qazanxalarından və “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır.
Belə ki, xətlər uzunmüddətli istismar nəticəsində keyfiyyət parametrlərini itirmiş, bəzi yerlərdə magistral xətlərin mühafizə zonasında 30 tikinti işləri aparılmaqla istismarda çətinliklər yaranıb, bütün bunlar öz növbəsində effektivliyin aşağı düşməsi və əlavə itkilərə səbəb olub.
Bundan əlavə Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb”.
Oxşar xəbərlər
Bakıda magistral xəttin üstündə bina tikildi, istilik kəsildi
Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur
Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI
Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub
Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













