Rəhman Hümmətov: "Əmtəə-nəqliyyat qaiməsi sistemi Azərbaycanda bütün yük daşımalarına şamil ediləcək"
sizinxeber.az xəbər saytı

Rəhman Hümmətov: "Əmtəə-nəqliyyat qaiməsi sistemi Azərbaycanda bütün yük daşımalarına şamil ediləcək"


Yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunacaq elektron əmtəə-nəqliyyat qaiməsi bütün yük daşımalarına şamil ediləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ötən il avtomobil daşımalarında 75 %, cari ildə 50 % artım müşahidə olunub.

R. Hümmətovun sözlərinə görə, ötən ildən etibarən avtomobil daşımalarında müraciətlərin elektron formada qəbulu, icazələrin mümkün qədər qısa müddətdə verilməsi təmin edilib: "Bu tip yüklər bəzən müşayiət və mühafizə də tələb edir. Bu səbəbdən proses bir qədər mürəkkəbdir. Lakin qeyd edim ki, ötən dövr ərzində 4 min 600-dən artıq avtomobillərə bu sistem vasitəsilə icazə verilib".

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) informasiya sistemi çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan elektron əmtəə nəqliyyat qaiməsi yük daşımalarında tərtib edilən sənədlərin elektronlaşmasını nəzərdə tutur. Bu sənədin elektronlaşması yükgöndərən, daşıyıcı və yükalanı vahid elektron məkanda əlaqələndirməklə onların resurslarına qənaət etmək imkanı verəcək. Əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtibi, həmçinin yük daşımalarında şəffaflığın artırılması üçün də geniş imkanlar yaradacaq.

Oxşar xəbərlər

Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda poçt tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarov: "Azərbaycanda logistikaya investisiya üçün yaxşı imkanlar var" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər