Bakı-Tibilisi-Qars dəmir yolunun genişləndirilməsi işləri yekunlaşır
Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bakı-Tibilisi-Qars dəmiryolunun daha da genişləndirilməsinə qərar verilib. Bu işlər də yekunlaşmaq üzrədir”, - nazir müavini qeyd edib.
O bildirib ki, qarşıdakı illərdə infrastrukturla bağlı bir sıra həllər dayanır. Dəmir yolları ilə bağlı olaraq da müəyyən hədəflər var.
“Xüsusi olaraq qeyd edim ki, Osmanlı-Astara istiqamətində dəmiryollarının yenilənməsi də əsas hədəflərdən biridir”, - Rəhman Hümmətov əlavə edib.
Oxşar xəbərlər
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur
Mikayıl Cabbarov: Gəncədə sənaye zonası yaradılacaq
Türkiyənin ticarət naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













