Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq
sizinxeber.az xəbər saytı

Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq


WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq.

"Sizinxeber.az"un Cənub bürosu xəbər verir ki, bunu Lənkəranda keçirilən WUF13 Festivalı ilə bağlı danışan WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov jurnalistlərə açıqlamasında deyib.

WUF13-ə sayılı günlər qaldığını bildirən E. Rəsulov daha geniş ictimaiyyətin bu mötəbər tədbir haqqında məlumatlandırılması üçün WUF13 festivallarının keçirildiyini qeyd edib:

"Festival çərçivəsində mayın 2-si səhər saatlarında Lənkəran şəhərində məlumatlanırma sesiyası keçirilib, festivalın ikinci hissəsində sosial proqramlar təşkil olunub. Belə ki, tədbir Heydər Əliyev Xatirə Parkında əyləncəli-maarifləndirici proqramla davam edib. Bu festival Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".

Baş menecer bildirib ki, hazırda WUF13-də iştirak etmək üçün 175 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

O həmçinin vurğulayıb ki, əyləncəli-maarifləndirici proqram çərçivəsində sual-cavab interaktiv sesiyalar vasitəsilə iştirakçılara tədbir haqqında ətraflı məlumat verilib.

Oxşar xəbərlər

Lənkəranda WUF13 Festivalı başlayıb
WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər