Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub
Azərbaycanda tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələləri müzakirə edilib.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Komitənin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirdə aparılıb.
Məlumata əsasən, açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitənin yaratdığı elektron icazə portalı (e-tikinti) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisinə və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.
Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəlmişdir.
Oxşar xəbərlər
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Fərdi evlərin həyətində elektromobillərin enerji doldurucuları üçün icazə tələb olunmayacaq
Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq
QHT nümayəndəsi: Tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığı gücləndirilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
