Azərbaycanda pilotların lazımi məlumatları təqdim etməsi qaydası təsdiq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nı təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, pilot uçuş zamanı baş verən hallarla bağlı uçuş başa çatdıqdan sonra nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verməlidir.
Belə ki, qanunsuz müdaxilə aktı baş verdikdə təxirəsalınmadan, digər hallar baş verdikdə isə 72 saat ərzində Agentliyə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verilməlidir. Məlumatlandırma yazılı qaydada həyata keçirilməlidir.
Dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşlar (“liter” reyslər) zamanı baş verən müvafiq hallarda məlumatlandırma “Dövlət sirri haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Aviasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“IndiGo” Dehlidən Bakıya icazəsiz uçuş həyata keçirib - Araşdırma başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sintetik uçotun aparılması Qaydası” AMB-yə aid edilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












