Azərbaycanda uçuşa dair məlumatların mühafizə edilməsi qaydası təsdiqlənib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, hava gəmisinin istismarçısı onun uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğularla təchiz olunmasını təmin etməlidir.
Bundan başqa, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın araşdırma zamanı qurğuları oxumaq üçün imkanları olmadığı halda aşağıdakılar nəzərə alınmaqla xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti qurumlarının yaratdığı imkanlardan istifadəsinə yol veriləcək:
- oxuma qurğusunun olması;
- oxunuşun vaxtında aparılması;
- oxuma qurğusunun olduğu yer.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycanda pilotların lazımi məlumatları təqdim etməsi qaydası təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Aviasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sintetik uçotun aparılması Qaydası” AMB-yə aid edilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












