Namiq Hümmətov: Azərbaycanda tikintiyə icazələrin alınması asanlaşıb
sizinxeber.az xəbər saytı

Namiq Hümmətov: Azərbaycanda tikintiyə icazələrin alınması asanlaşıb


2019-2023-cü illər ərzində "Elektron Tikinti Portalı" sistemi vasitəsilə 262 icazə icraatı, 1552 məlumatlandırma icraatı həyata keçirilərək müsbət nəticələnib.

"Sizinxeber.az-Econonics" xəbər verir ki, bunu "Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O qeyd edib ki, 2019-cu ildən istifadəyə verilən "Elektron tikinti portalı" bu sahədə əsaslı dəyişikliklərin başlanğıcı olub:

"Şəhərsalma üzrə normativ hüquqi baza gücləndirilib. Tikintiyə icazələrin alınması asanlaşıb. Tikinti sahəsi ölkənin aparıcı sektorundan biridir. Bu sektor təkcə iqtisadi artıma töhfə vermir. Tikinti sahəsində baş verən dəyişikliklər ölkənin iqtisadiyyatına birbaşa təsir edir".

Oxşar xəbərlər

Azərbaycanda 5 ildə "Elektron Tikinti Portalı" vasitəsilə görülmüş işlər açıqlanıb
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək
Kənd təsərrüfatıyla əlaqədar tikintilərə icazə üçün rəy alınması zəruri olan qurumların siyahısı hazırlanacaq
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər