Qudyalçayın Köhnə Xaçmaz kəndindən keçən hissəsində yeni piyada körpüsü inşa olunub
sizinxeber.az xəbər saytı

Qudyalçayın Köhnə Xaçmaz kəndindən keçən hissəsində yeni piyada körpüsü inşa olunub


Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Qudyalçay üzərində yeni piyada körpüsü inşa olunub.

"Sizinxeber.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə inşa olunan və uzunluğu 42 metr olan piyada körpüsü iki dayaqdan ibarətdir.

Körpünün eni və hündürülüyü 2,3 metrdir. Metal konstruksiyadan ibarət olan körpü günün tələbləri səviyyəsində layihələndirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni inşa olunan piyada körpüsünə baxış keçirib, sakinlərlə görüşüb.

Qeyd edək ki, piyada körpüsü Qudyalçayda suyun səviyyəsinin artması səbəbindən qəzalı vəziyyətə düşmüşdü. Ona görə də yeni körpünün inşasına zərurət yaranmışdı.

Oxşar xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür
Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb
Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub - FOTO
CDTIC: "Azərbaycan və İran arasında mal mübadiləsi 2 milyon tona çatacaq"
Sumqayıtla Abşeronu birləşdirən körpünün ətrafı genişləndirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle