Xaçmazda yol nişanlanma işləri aparılır
Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.
Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Oxşar xəbərlər
Qobustanda yol nişanlanma işləri aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyəzəndə yol nişanlanma işləri aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda daha bir ərazidə piyada keçidləri yenilənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












