Qobustanda yol nişanlanma işləri aparılıb
Qobustan rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparır.
Bu barədə "Sizinxeber.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, işlər şəhərdaxili və kəndlərarası yolları əhatə edir: “Rayonun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. Ümumilikdə 120 kilometrə yaxın ərazidə xətləmə işləri aparılıb”.
Qeyd edilib ki, yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Oxşar xəbərlər
AYNA Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub
Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır
Bakının Nizami küçəsində təmir işləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













