sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Siyəzəndə yol nişanlanma işləri aparılıb
Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, şəhərdaxili küçə və prospektlərdə, ümumilikdə 23,5 kilometr məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib.
Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.
Oxşar xəbərlər
Qobustanda yol nişanlanma işləri aparılıb
AYNA Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
Bakıda daha bir ərazidə piyada keçidləri yenilənib
Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













